VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün VI “Neftçili Yay Futbol Düşərgəsi" layihəsinə start verilib.

Presssport.az xəbər verir ki, şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, "Azərkontrakt" ASC-nin sədr müavini Güləddin Dadaşov, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və digər qonaqlar iştirak edib.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdi. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdı.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC