"Şerif" yaxşı və güclü komanda olsa da, bizim də məqsədlərimiz var" - Qismət Alıyev

“Əslində, potensial rəqiblərin hamısı yaxşı komandalar idi. Püşkatma bəxtimizə “Şerif”i çıxardı. Hansı komanda düşsəydi də, oynayacaqdıq. “Şerif” barədə həmişə eşitmişik. Bu komanda “Qarabağ”la bir neçə dəfə üz-üzə gəlib”.

Bu fikirləri Presssport.az-a açıqlamasında "Zirə"nin kapitanı Qismət Alıyev Avropa Liqasının I təsnifat mərhələsində düşdükləri “Şerif” haqda danşarkən deyib.

Komandasının Tiraspol təmsilçisiylə oyunlardakı şanslarından söhbət açan müdafiəçi

rəqibin avrokuboklarda böyük təcrübəsinin olduğunu deyib: "Qruplarda da çıxış ediblər. Yəni, “Şerif” barədə geniş nəsə deməyə ehtiyac yoxdu. Güclü rəqiblə oynayacağıq. “Zirə” olaraq bizim də məqsədlərimiz var. “Şerif” yaxşı və güclü komanda olsa da, hər iki görüşdə ən yaxşısını etməyə çalışacağıq. İnşallah, hər şey yaxşı alınar”. 

Xatırladaq ki, “Zirə” "Şerif"lə ilk olaraq iyunun 11-də Moldovada görüşəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC