Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub.
Presssport.az xəbər verir ki, Aslan Əmiraslanov birdən qaldırma hərəkətində 114 kq-ı ram edərək qızıl medala sahib çıxıb.
Bundan başqa, o, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bütün rəqiblərini üstələyib. Təmsilçimiz toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub.
Xatırladaq ki, bunadək İsa Əliyev qızıl medal qazanmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC