"Kəpəz" bölgədə oynamayacaq - əsas stadion kimi haranı sifariş edib?

“Kəpəz”in növbəti mövsümdə də təmsil etdiyi Gəncədə oynaya bilməyəcəyi indidən bəllidi. Çünki Gəncə şəhər stadionunda əsaslı təmir və yenidənqurma işləri 1 il sonra bitəcək. Bu müddətdə Nizami yurdunun təmsilçisinin rəqiblərini harda qəbul edəcəyi maraqla gözlənilir.

Əsas variant Qəbələ sayılsa da, orda qazon dəyişdirilir və bu işlər Premyer Liqada yeni mövsüm başlayanadək yekunlaşmayacaq. 

Bilindiyi kimi, “Qəbələ” I Liqada çıxış edəcək ki, orda da yeni mövsümün startının sentyabra nəzərdə tutulub. Gəncəyə məsafə daha yaxın olan Tovuzda isə oyun sıxlığı var ki, bu da əlavə problem yaradır. 

Presssport.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” yeni mövsümdə rəqiblərini bölgədə qəbul etməyəcək. Belə ki, gəncəlilər 2024/25 mövsümü üçün lisenziyalaşmada Sumqayıtdakı “Kapital Bank Arena”nı sifariş edib. Bu yerdə bildirək ki, "Sumqayıt" artıq Mehdi Hüseynzadə adına şəhər stadionunda oynayır və qeyd etdiyimiz digər meydança boşdu. 

Bu reallaşarsa, “Kəpəz” 1992-ci ildən keçirilən milli çempionatlar tarixində ilk dəfə ev oyunlarını Sumqayıtda keçirəcək. Bu yerdə bildirək ki, Gəncə klubu avrokuboklarda debütünü məhz “gənclik şəhəri”ində edib. Bu, 1995-ci ildə UEFA Kubokunda Avstriyanın “Austriya Vyana”yla matç (0:4) olub.

Xatırladaq ki, yeni çempionat avqustun 2-də start götürəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC