Murat Yakın son Avropa çempionları üzərində qələbəni şərh etdi: "Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram"

İsveçrə millisinin baş məşqçisi Murat Yakın AVRO-2024-ün 1/8 finalında İtaliya yığmasını məğlub edərək 1/4 finala adlamasını şərh edib.

Presssport.az xəbər verir ki, Türkiyə əsilli isveçrəli mütəxəssis son Avropa çempionuna qalib gəlmələrini belə qiymətləndirib: “Çox vacib oyunda vacib qələbə qazandıq. Əsas olan budu. Sabah bizi nə gözləyir, onu deyə bilmərəm. Bu, artıq başqa mövzudu. Hazırda qalib tərəf bizik, reallıq budu. Bəli, qələbə qazandıq, amma önəmli olan necə oynadığımızdı. Meydanın hər qarışı uğrunda mübarizə apardıq və üstün olan tərəf idik. Lazımı anda qollar vurmağı bacardıq. İrəliyə baxmıram, ani yaşamağı sevirəm. Əldə etdiyimiz nəticədən həzz almaq üçün vaxt tapmaq vacibdi. Əldə etdiyimiz nəticənin dadını çıxartmağa çalışıram".

Xatırladaq ki, isveçrəlilər 1/4 finalda İngiltərə - Slovakiya cütünün güclüsü ilə qarşılaşacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC