“Neftçi"nin "Neftçi Arena"ya qayıdışından sonra ilk oyununun biletləri satışda - endirimlər var!

Misli Premyer Liqasının VIII turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

Qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Onu da bildirək ki, biletlərin qiymətlərində endirimlər var.

Xarırladaq ki, bu, uzun fasilədən sonra “Nefçi Arena”dan ilk matç olacaq. Belə ki, ilk turda "Turan Tovuz"la görüşdən sonra adıçəkilən stadion təmirə bağlanmışdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC