"Araz-Naxçıvan" ev oyununu Sumqayıtda keçirəcək - RƏSMİ

Misli Premyer Liqasının VIII turunun "Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirilib.

Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, oyun Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. 

Buna səbəb “Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə əlaqədar “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti olub.

PFL-in təftişi və Əsasnamənin müvafiq bəndi ilə matçın Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena”da oynanılmasına qərar verilib.

Onu da bildirək ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də, saat 19:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC