AÇ-2025 Moldovada keçiriləcək

19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına (AÇ-2025) Moldova ev sahibliyi edəcək. 

Presssport.az xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.
Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək paytaxtdakı “Kişinyov Arena”da keçiriləcək. Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının da tarixləri açıqlanıb. Gələn ay – oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.
Onu da bildirək ki, U-19 yığmamız mübarizəyə indiyə qədər əsas mərhələsindən başlayıb. Komandaların yeni mövsümə hansı mərhələdən başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.
“Kişinyov Arena” 2022-ci ilin dekabrında istifadəyə verilib, 5000 tamaşaçı tutumuna malikdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC