I və I Liqalarda da “Ayın qolu” seçiləcək - PFL-in növbəti layihəsi

Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsinə I Liqa və II Liqada da start verilir. 

Presssport.az PFL-in saytına istinadən xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. 

PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.

Xatırladaq ki, Misli Premyer Liqasında “Ayın qolu” layihəsi ardıcıl 2-ci mövsümdü keçirilir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC