Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,

nazir Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqa və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanda olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.

Sonda Fərid Qayıbov və Didye Budimbu Ntubuanqa Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC