"Tottenhem"lə qarşılaşmış sabiq "Qarabağ"lı: "İnanıram ki, ən yaxşı oyunlarından birini göstərəcək və ən azından 1 xal əldə edə biləcək"

“İnanıram ki, komandamız ən yaxşı oyunlarından biri sərgiləyəcək və ən azından bir xal əldə edə biləcək”.

Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov "köhlən atlar"ın İngiltərədə yerli "Tottenhem" komandasına qarşı keçirəcəyi Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı keçmiş yarımmüdafiəçi 2015-ci ildə eyni turnirdə Londonda bu rəqibə qarşı oynadığını xatırladıb:

"Hesabı açsaq da, yekunda 1:3 hesabı ilə məğlub olduq. Həmin dönəmdə də meydan sahiblərinin heyətində məşhur futbolçular var idi. İndi isə həmin heyətdən çox az oyunçu qalıb. Amma rəqib İngiltərə təmsilçisidir və səfərdə oynayacağıq. "Qarabağ"ın bu matça çox ciddi hazırlaşdığını düşünürəm. Məncə, komanda Bakıya xal və xallarla qayıtmaq üçün əlindən gələni edəcək. Çox çətin olacaq, ağır qarşılaşmadır. Amma püşk atılanda "Tottenhem"i kənara qoymuşduq. Bu, başqa səviyyədə olan kollektivdir. Lakin "Qarabağ" da artıq öz səviyyəsini göstərib. Avropada yetərincə təcrübəsi var".

2006-2013 və 2015-2018-ci illər aralığında Ağdam təmsilçisinin formasını geyinmiş İsmayılov Azərbaycan çempionunda çox şeyin dəyişdiyini vurğulayıb:

"O vaxt iki ildən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Komanda bu uğuru təkrarlaya bilməsə də, yetərincə təcrübə toplayıb, keyfiyyətli futbolçuları var. Oyun sistemi dəyişib, daha sürətli və fəal oynayırlar. Futbol inkişaf etdikcə, "Qarabağ" da buna uyğunlaşır və nəticələr qazanır. İngiltərədə ab-hava həmişə möhtəşəm olub. Orada II və III liqalarda da azarkeşlər möhtəşəmdir. Amma təmsilçimiz belə görüşlərdə çox iştirak edib. Əsas odur ki, "Qarabağ" yaxaladığı şanslardan maksimum istifadə edə bilsin. Real danışsaq, meydan sahibləri matçın favoritidir".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC