Azərbaycan Gimnastika Federasiyasının baş katibi mundialda qazanılan tarixi nəticəni dəyərləndirib: "4 qızıl medal bizi çox sevindirir"

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Portuqaliyanın Gimarayeş şəhərində keçirilən dünya çempionatını 8 medalla tamamlayan akrobatika gimnastikası millimizin çıxışını dəyərləndirib.

Presssport.az xəbər verir ki, qurum rəsmisi açıqlamasında bunun onlar üçün tarixi an olduğunu vurğulayıb.

O, komandanın mundialda qızıl medalları hədəflədiyini deyib: “Bizim üçün tarixi çempionat idi. İlk dəfə akrobatika gimnastikası üzrə təmsilçilərimiz qızıl medal qazandılar. Ümumiyyətlə, akrobatika gimnastikası komandamız beynəlxalq arenada uzun illərdir uğurları ilə bizi sevindirir. Ötən il Avropa çempionatında qızıl medal qazanmışdılar. 2022-ci ildə Bakıda keçirilən dünya çempionatında da medallar əldə etmişdilər. Lakin bu günə qədər dünya çempionatlarında qızıl medal qazana bilməmişdilər. Mundiala yola düşəndə, qızıl medallar uğrunda mübarizə aparacaqlarını bilirdik. Təbii ki, 4 qızıl medal bizi çox sevindirir. Ümumiyyətlə, yarışda 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etdik”.

N.Məmmədzadə dünya çempionatında əsasən hansı idmançılardan medal gözlədiklərini də bildirib: “Qarışıq və kişi cütlüyündən medal gözləyirdik. Uzun illərdir ki, kişi qrupu ilə təmsil olunmurduq. Ümumiyyətlə, bu qrup demək olar mövcud deyildi. Kişilərdən ibarət qrup son bir neçə il ərzində formalaşıb. Onlardan yaxşı çıxış gözləsək də, medal sayı ilə bağlı tam əminliklə proqnoz vermək çətin idi. Çox şadam ki, bürünc medal qazandılar. Komandanın qısa müddətdə formalaşmasına baxmayaraq, 4 idmançıdan ikisi - Seymur Cəfərov və Abdulla Əl-Məşayxi daha təcrübəli idi. Rəsul Seyidli və Riyad Səfərovun təcrübəsinin az olmasına baxmayaraq, komanda şəklində bürünc medal qazandılar. Murad Rəfiyev - Daniel Abbasov dueti isə balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətlərində bürünc medal qazandılar. Ağasif Rəhimov - Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətlərində bürünc medal əldə etdilər. Bir məqamı da vurğulayım ki, nəticələrdən sonra reytinq açıqlandı. Buna əsasən Azərbaycan komandası medal sayına və onlardan 4-nün əyarı qızıl olduğuna görə 3-cü yeri tutdu. İlk iki pillədə müvafiq olaraq Belçika və Çin komandaları qərarlaşdı. Komanda hesabında gümüş medala layiq görülməyimiz də bizim üçün tarixi məqamdır”.

Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastlarından ibarət yığması Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunan dünya çempionatında 8 medal (4 qızıl, 1 gümüş və 3 bürünc) qazanıb (report.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC