"Səbail"in ilk legioner transferi - sabiq "Latsio"luyla müqavilə imzaladı

“Səbail” mövsümlərarası fasiləsində ilk legioner transferini reallaşdırıb.

Presssport.az xəbər verir ki, “dənizçilər” Amir Bilaliylə müqavilə bağlayıb.

30 yaşlı albaniyalı mərkəz müdafiəçisiylə 1 illik anlaşmaya imza atılıb.

Amir Şimali Makedoniyada anadan olaraq, həm bu ölkənin, həm də Albaniyanın vətəndaşlığı daşıyır. O, futbolçu karyerasına 16 yaşında İtaliyada başlayıb və  2008-14-cü illərdə “Kremonese”nin heyətində yer alıb. Bilali 2012/13 mövsümünü icarə əsasında “Latsio”da keçirib.

Onun son klubu doğulduğu Qostivar şəhərinin eyniadlı təmsilçisi olub. Bilali bunadək Albaniya, Şimali Makedoniya, Monteneqro, Sloveniya, Rumıniya, Qazaxıstan, Macarıstan çempionatlarında da çıxış edib. Futbolçu 2014/15 mövsümündə "Tsele"ylə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya Kubokunun finalçısı olub. O, "Akjayık"la Qazaxıstan Kubokunda da finaladək irəliləyib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC