Kaşuk "Qarabağ"a keçir? - özü açıqladı

Donetsk “Şaxtyor”uyla anlaşması bu gün başa çatacaq ukraynalı futbolçu Aleksey Kaşuk “Qarabağ”la müqavilə imzalayacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. 

Presssport.az xəbər verir ki, 23 yaşlı sağ cinah yarımmüdafiəçisi Ağdam klubundan təklif almadığını söyləyib: "Görürəm ki, bizim media bu xəbəri yekdilliklə qəbul edib və paylaşırlar. Amma internetdə yazılanların hamısına inanmaq lazım deyil. Təbii ki, "Qarabağ"la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm. Hazırda Kiyevdə fərdi proqram üzrə mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm". 

Xatırladaq ki, Kaşuk bunadək ardıcıl 2 mövsüm "Sabah”da icarədə oynayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC