Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarının qalibi olmaqla idmanın bu növündə 16 il əvvəlki uğurumuzu təkrarlayıb.
Presssport.az xəbər verir ki, Olimpiadada cüdoda sonuncu dəfə eyni çəki dərəcəsində, hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olan Elnur Məmmədli qızıl medal qazanmışdı.
Bu, 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarına təsadüf etmişdi.
Onu da bildirək ki, indiyədək idmanın cüdo növündə Olimpiadada 3 qızıl medal qazanmışıq. İlk qızıl medalımız isə cüdoçu Nazim Hüseynovun adı ilə bağlıdı. O, 1992-ci ildə Barselona Olimpiadasında MDB yığmasının heyətində fərxi kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Maraqlı məqam ondan ibarətdir ki, hər 3 qızıl medalın arasında 16 illik fərq var.
Xatırladaq ki, 27 yaşlı Heydərov finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək ilk dəfə çıxış etdiyi Olimpiadada qızıl medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC