Azərbaycan milli komandası üçün UEFA Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Qəbələdə Estoniya yığmasına qarşı keçirəcəyi oyun əsas həlledici ola bilər.
Presssport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv məğlub olarsa, millimiz D Divizionuna yuvarlanacaq. Çünki hazırda A millimiz C Divizionunda sonuncu pillədəki komandalar arasında ən pis göstəriciyə malikdir.
AFFA isə millimizin oyunçularına qələbə sayəsində, əsas heyət üzvünə 10 min manat bonus verəcək.
Azərbaycan - Estoniya oyunu bu gün Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək (sportal.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC