“Mlillidən növbəti dəvəti təbii ki, gözləyirdim. Yığmada yenə olmağı çox istəyirdim. Milliyə düşmək üçün onun oyunlarında, klubumda əlimdən gələn maksimumu qoyuram ki, yenidən çağırılım”.
Bu fikirləri Presssport.az-a açıqlamasında millimizin futbolçusu Ceyhun Nuriyev deyib.
“Zirə”nin şərəfini qoruyan 23 yaşlı yarımmüdafəçi UEFA Millətlər Liqasının qrup mərhələsində son ev matçında Estoniya yığmasını qəbul edəcəyimiz Qəbələdə oynamağın çətin olmasıyla razılaşır. Bu da dəniz səviyyəsindən yüksəklikdə oksigen çatışmazlığı ilə bağlıdı. Maraqlıdı, bu, bizı üstünlük olacaqmı?: “Azərbaycanlı futbolçulara nisbətən daha rahat olacaq, nəinki estonlara. Orda bu mövsüm olmasa da, keçən mövsüm ən azı 2 dəfə oynayırdıq. Çətinlik ola bilər ilk 10-15 dəqiqədə, amma düşünürəm adaptasiya olaacağıq o havaya”.
Nuriyevdən millimizin tanınmış baş məşqçisi, Avropa çempionu olan Fernandu Santuşla işbirliyi haqda da soruşduq: “Təcrübəsi görünür, ən azından Avropa çempionudu. Onun meydaniçi verdiyi detallı məsləhətlər, o detallar var ki, onlarla futbolda bütün məşqçilər öz fəlsəfəsini qoyur meydanda, biz oyunçulara göstərir. Orda xüsusi detallar ki, bunlar Santuşun təcrübəli məşqçi olduğunu göstərir. Biz də bunu mənimsəməliiyk. Nə istədiyini bilirik, sadəcə, bir az digər mütəxəssisilərə nisbətən fərqli şey istəyir. Bunu sadəcə, mənimsəməliyik və bunun üçün ola bilər bir az vaxt lazımdı. 4 oyun uğursuzluq oldu, inşallah, buna son qoyarıq”.
Maraqlıdı, 70 yaşlı portuqaliyalı çalışdırıcımız bizimkilərdən fərqli nə istəyir? Çox çalışın, yoxsa başqa şeylərdi?. Nuriyevi dinləyək: "Çox çalışmaq mövzusunu hamı bilir, məlum məsələdi. Təbii ki, inkişaf üçün çox çalışmalısan və bunu zatən bütün məşqçilər deyir. Meydaniçi detallardı və ora varmayım".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC