"Qarabağ"ın sabiq legioneri MMA-da döyüşə çıxacaq: "Belə mübarizəni sevirəm"

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak özünü qarışıq döyüş sənətində (MMA) sınayacaq.

Presssport.az xəbər verir ki, polşalı veteran futbolçu bu barədə özü sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

38 yaşlı Jezniçak paylaşımında ilk görüşünün vaxtını da göstərib: "Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacam. Emosiyalarla dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq! Rəqib təcrübəlidi və mənə xeyli problem yaşadacaq. Amma belə mübarizəni sevirəm".

Xatırladaq ki, Yakub 2 il çıxış etdiyi "Qarabağ"la hər 2 mövsümdə Azərbaycan çempionu olib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC