"Zirə"nin və millimizin futbolçusu Rüstəm Əhmədzadənin Misli Premyer Liqasının son turunda "Qarabağ"la səfər matçında aldığı zədə ciddi olub.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə. MRT müayinəsi 24 yaşlı hücumçunun biu il bir daha meydana çıxa bilməyəcəyini göstərib.
Belə ki, Rüstəm qış fasiləsindən sonra sıraya dönə biləcək. O, zədələndiyi üçün milli komandamızın heyətindən kənarlaşdırılıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı həmin görüşdə zədələnərək əvəzlənən digər "Zirə"li - kapitan Qismət Alıyev isə təxminən 10 gündən sonra yaşıl meydana qayıdacaq.
Xatırladaq ki, Rəşad Sadıqovun komandasını bu ilin sonunadək çempionatda 5 oyun və ölkə kubokunda 1 matç gözləyir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC