Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olan “Lion”un yarımmüdafiəçisi Rayan Çerki “Liverpul”a keçir.
Presssport.az xəbər verir ki, Mersisayd təmsilçisi Fransa klubunun 21 yaşlı yarımmüdafiəçisini artıq bu qış fasiləsində transfer etməyi planlaşdırır.
“Lion"la müqavilə müddətini 2026-cı il iyunun 30-na qədər artıran Çerki “Liverpul”a keçməyə hazırdı. Hazırda tərəflər arasında danışıqlar gedir. “Lion” fransalı üçün 20 milyon avro qiymət qoyub. Fransızlar maliyyə problemləri yaşadığı üçün Rayanı satmaq istəyir.
“Qarabağ”ın rəqibi qışda onu satacaq.
Xatırladaq ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC