“Sumqayıt”ın prezidenti Riad Rəfiyev müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan Premyer Liqasının üçüncü turunda gərgin keçən oyunda son dəqiqə qolu ilə “Səbail”i məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Ağır, çətin oyun oldu. 3 xal qazadığımız üçün sevinirik. Oyunun sonu triller oldu. Komandanı, azarkeşləri təbrik edirəm.
- Sanki “Sumqayıt”da bir qədər stabillik çatışmır...
- Bəli, razıyam. Ümid edirəm ki, bundan daha yaxşı olacaq.
- Samir Abasov tez-tez heyətin geniş olmamasını qeyd edir. Edilən son 2 transfer vəziyyəti dəyişə biləcək?
- Bəli, bu həftə 2 yeni futbolçunu heyətimizə qatdıq. Onlardan biri artıq növbəti oyunda komandamıza kömək edə biləcək. İnanıram ki, həmin oyunçular “Sumqayıt”ın gücünə güc qatacaqlar.
- “Səbail”lə matçda azarkeş sayı heç 2 min deyildi. Marağın az olmamasını nə ilə əlaqələndirmək olar?
- Bu, tək bizim yox, ümumi Azərbaycan futbolunun problemidir. “Qarabağ”ın avrokubok matçlarında anşlaq yaşanır, lakin çempionat oyunlarında azarkeş gəlmir. Eyni məsələ də bizdədi. Bu istiqamətdə işlər görürük, maksimumu edirik ki, azarkeşləri stadiona cəlb edək, tribunaları mümkün qədər dolduraq.
- Bakı ilə müqayisədə Sumqayıt bir qədər spesifik şəhərdir...
- Razıyam. Mən də burdan azarkeşlərə çağırış etmək istərdim ki, gəlsinlər, komandaya dəstək olsunlar. Keçən mövsüm də biz bunu gördük. Neçə matçda anşlaq yaşandı. Komanda yaxşı nəticələr qazandı. Əbəs yerə demirlər ki, azarkeş 12-ci oyunçudur. Nə qədər çox azarkeş gəlsə, komandanın motivasiyası bir o qədər çox olar.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Maraqlı oyun olacaq. “Sumqayıt” bütün matçlara qələbə üçün çıxır. Bu matçda da istisna olmayacaq.
- Klub rəhbəri kimi avrokuboklardan kənarda qalmaq sizə necə təsir etdi?
- Çox pis təsir etdi (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC