Estoniya millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının V turunun Azərbaycanla (0:0) səfər matçından sonra mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, rəqib komandanın çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
- İki oyunu nəzərə alsaq, Estoniya millisi Azərbaycanı nədə üstələdi?
- Hansı bucaqdan baxılmasından asılıdır. Nəticə baxımından xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin oldu.
- Qarşınıza qoyulan hədəflər nədir?
- Milli komandanın irləlilyişini təmin etmək. Üzərində işlənəli olduğumuz çox şey var.
- Bugünkü 1 xalı 3 xala bərabər hesab edirsiz?
- Turnir cədvəlinə baxsaq, elə demək olar. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl daha əlverişli vəziyyətdə idik.
- Qəbələ şəhəri və stadion barədə fikirləriniz necədir?
- Stadionu çox bəyəndim. Çox bəxtəvərsiz ki, belə stadinunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC