Fatih Terim: "Qurban Qurbanovu sevirəm və onun fəaliyyətini izləyirəm"

Bakıda keçirilən COP29 çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansını dəstəkləmək üçün ölkəmizə təşrif buyuran Fatih Terimin jurnalistlər üçün brifinqi təşkil olunub.

Presssport.a xəbər verir ki, "Qalatasaray" və Türkiyə millisinin sabiq baş məşqçisinin tədbirdə çıxış edərək, "Qarabağ" haqda da danışıb: “Azərbaycan dünyanın ən böyük tədbirlərindən birinə – COP-29-a ev sahibliyi edir. Şadam ki, bu, sizin ölkədə baş verir. Bununla bağlı Bakıda yaxşı ab-hava yaradılıb. Dəvətlərə və qonaqpərvərliyə görə “Qarabağ”a minnətdaram. “Qarabağ”ın bazasında oldum. Qurban Qurbanovu sevirəm və onun fəaliyyətini izləyirəm. Onunla da danışdım. Burda mənə çox böyük diqqət var ki, bunu yüksək qiymətləndirirəm. Azərbaycana və onun xalqına minnətdaram".

Tanınmış türkiyəl mütəxəssis 1996-cı ildə Türkiyə millisinin baş məşqçisi kimi Bakıda yoldaşlıq görüşündə olduğunu xatırladıb: "2000-ci illərdə artıq rəsmi matçın bir hissəsi kimi burada idik.
Ümid edirəm ki, “Qarabağ”ın təşəbbüsü ilə yaradılan bu təşkilatçılıq Avropanın digər klubları sayəsində genişlənəcək və öz çəkisi olacaq. Burda sizinlə olmaqdan şadam”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC