Millimizin tarixində 2-ci dəfə - bölgə Fernandu Santuşa düşərli olacaq?

Azərbaycan millisi tarixində 2-ci dəfə bölgədə rəsmi oyuna çıxacaq.

Presssport.az xəbər verir ki, millimiz bunadək Bakıdan kənarda 15 il əvvəl rəqib qəbul etmişdi. 

Bu, almaniyalı Beri Foqtsun baş məşqçiliyi dövründə DÇ-2010-un seçmə mərhələ matçına təsadüf etmişdi. 2009-cu ilin sentyabrın 5-də Lənkəranda Mərkəzi Stadionda keçirilən həmin qarşılaşmada rəqib, hazırkı rəqib olan Estoniyanın qonşusu Finlandiya idi. 

Bütün qolların 2-ci hisədə vurulduğu bu görüşdə hesabı fasilədən az sonra yarımmüdafiəçimiz Elvin Məmmədov açsa da, son 15 dəqiqədə 2 top buraxaraq uduzmuşduq - 1:2. Maraqlıdı ki, millimizin qapıçılarla işləyən məşqçisi Kamran Ağayev həmin görüşdə 90 dəqiqə qapını qoruyub.

Onu da bildirək ki, əsas yığmamız 30 ildi oynadığı rəsmi turnirlərdə debütdə də Bakıda oynamayıb. Bu, UEFA-nın qadağasına görə ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirdiymiz AVRO-96-ın seçmə mərhələsində olub.

Xatırladaq ki, Bakıda COP29 keçirildiyinə görə Azərbaycanla Estoniya millərinin bugünkü rəsmi görüşü Qəbələ şəhər stadionuna salınıb. Portuqaliyalı Avropa çempionu Fernandu Santuşun gəlişindən sonra millimiz UEFA Millətlər Liqasında hər 4 matçda uduzaraq xal üzünə həsrətdi və D Liqasına düşməklə bağlı real təhlükəylə üzləşib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC