Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.
Presssport.az xəbər verir ki, bu qarşılaşmada ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaq.
Noyabrın 19-da Zenitsa şəhərindəki “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC