KONKAKAF Millətlər Kubokunun 1/4 finalının Meksika - Honduras matçında xoşagəlməz olay baş verib.
Presssport.az xəbər verir ki, Meksika millisinin baş məşqçisi Xavyer Aqirre görüşdə başından xəsarət alıb.
Belə ki, tribunadakı azarkeşlərdən biri mütəxəssisin olduğu tərəfə pivə butulkası atıb. Həmin butulka Aqirrenin başına dəyib və nəticədə qan gələrək yaralanıb.
Meksika Futbol Federasiyası daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməsini tələb edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC