II Liqa təmsilçisi “Cəbrayıl” Azərbaycan yığma komandasının sabiq futbolçusu Elvin Məmmədovun keçidini açıqlayıb.
Presssport.az xəbərverir ki, 35 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Elvin karyerası ərzində "Turan" (Tovuz), "İnter" (sonradan “Şamaxı”), "Qarabağ" (Ağdam), "Qəbələ", "Sumqayıt", "Zirə", “Bakı”da çıxış edib. O, “Cəbrayık”ın baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında “Şamaxı”da çıxış edib.
Məmmədov “İnter” və “Qarabağ”ın heyətində Azərbaycan çempionu, “Bakı” ilə Azərbaycan kubokunun qalibi olub. Təcrübəli futbolçu millimizdə keçirdiyi 37 oyunda 7 qolun müəllifi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC