Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.
Presssport.az xəbər verir ki, Mingəçevirdəki qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunub.
Moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyukun idarə etdiyi görüş rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.
Xatırladaq ki, İslandiya təmsilçisi ötən gün baş tutan ilk oyundan da qalib ayrılmışdı - 30:25.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC