FİFA-nın 2025-ci ildə yeni formatda keçirəcəyi klublararası dünya çempionatında səbətlərin tərkibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, püşkatma mərasimi sabah ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Mundialda 32 klub yarışacaq. Hərəsində 4 komanda olmaqla, kollektivlər 8 qrupa bölünəcək.
İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək DÇ iyunun 15-dən iyulun 15-dək ABŞ-də təşkil olunacaq.
Klublararası dünya çempionatı-2025
1-ci səbət: "Mançester Siti", "Real" (Madrid, "Bavariya" (Münhen), PSJ, "Flamenqo", "Palmeyras", "River Pleyt", "Fluminense";
2-ci səbət: "Çelsi", "Borussiya" (Dortmund), "İnter" (Milan), "Portu", "Atletiko" (Madrid), "Benfika", "Yuventus", "Zalsburq";
3-cü səbət: "Əl Hilal", "Ulsan", "Əl Əhli", "Raja Kasablanka", "Monterrey", "Leon", "Boka Xunyors", "Botafoqo";
4-cü səbət: "Urava", "Əl Əyn", "Tunis", "Mamelodi", "Paçuka", "Syetl Sounders", "Oklənd Siti", “İnter Mayami”
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC