"Qarabağ"ın futbolçusu Julio Romaonun zədəsinə aydınlıq gəlib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Presssport.az-a verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Belə ki, Julionun müalicəsi bu müddət sürəcək.
Bununla da “sambaçı” buhəftəki matçları - “Qəbələ"ylə Azərbaycan Kubokunda, ”Sabah"la Misli Premyer Liqasındakı oyunları buraxacaq. Həkimlər onun Avropa Liqasının Liqa mərhələsində "Elsfborq"la İsveçdəki görüşədək hazır olmasına çalışacaq.
Xatırladaq ki, Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədələnərək fasilədə əvəzlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC