Azərbaycanı Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürəcək batut gimnastikası üzrə “Beyond the Sky” beynəlxalq yarışında 11 gimnast təmsil edəcək.
Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşalıyev, Fərhad Vəliyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova və Şəfiqə Hümbətova bacarıqlarını göstərəcək.
Gimnastlara məşqçilər Abdulla Qasımov və Vladimir Şulikin rəhbərlik edəcək. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.
Yarış dekabrın 7-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC