"Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.
Presssport.a ə xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 5-ci yer uğrunda matçda Rusiyanın “Baltika” komandası ilə görüşüb.
Təmsilçimiz bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib. Yeganə qola 28-ci dəqiqədə Murad Əmirxanov imza atıb. O, penaltidən dəqiq istifadə edib. Bu qələbə ilə “Qarabağ” turniri 5-ci yerdə başa vurub.
Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə komanda yerli “İsloç”a 1:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC