Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər ötən gecə UEFA Millətlər Liqasının 6-cı turunda Monteneqro yığmasına uduzduqları (1:3) səfər matçından sonra üzr istəyib.
Presssport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komandasının A Liqasına birbaşa vəsiqəni əldən verdikləri üçün üzüldüyünü açıqlayıb:
“Deyə biləcəyim bir şey yoxdu. Komanda olaraq xalqımızdan üzr istəyirik. Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq. Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik. Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC