I Liqanın VIII turunun hazırlığını davam etdirən “Qəbələ” bu gün yoxlama oyunu keçirib.
Presssport.az xəbər verir ki, "qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib.
AFFA Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda baş tutub.
Görüş Kaxaber Tsxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə 9 qol vuran “Qəbələ” fasilədən sonra hesabı 20:0-a çatdırıb.
Qəbələlilərin heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıb. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə 1 dəfə fərqlənib.
Xatırladaq ki, sabah daha bir yoxlama oyunu keçirəcək “Qəbələ” bubdəfə I Liqa təmsilçisi “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC