Əliyar Ağayev Bosniya və Herseqovina – Niderland oyununda cəmi 1 "sarı"ya ehtiyac duydu

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA Millətlər Liqası oyununu idarə edib.

Presssport.az xəbər verir ki, 37 yaşlı fit sahibi A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib. 

1:1 hesabı ilə başa çatan matçda Ağayev cəmi 1 sarı vərəqə göstərib. Belə ki, o, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Onu da bildirək ki, Niderland qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Herseqovina isə 2 xalla sonuncu yerdə bitirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC