Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib

Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib.

Bu barədə Presssport.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində baş tutub. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bu layihəyə görə AGF-yə təşəkkür edib və belə seminarların ənənəvi olmasını arzulayıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev qurumun bölgələrdə güləşin inkişafı üçün atdığı addımlardan danışıb.

Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millisinin məşqçisi Elbrus Məmmədov region məşqçilərinə tövsiyələrini çatdırıb. Onlar yeniyetmə idmançılara həddən çox çəki salmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıb. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək, hakimlər tərəfindən verilmiş qərarları şərh edib.

Seminarın praktiki hissəsi isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Əvvəlcə Məmmədyarov sərbəst, daha sonra isə Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.

Onu da bildirək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qəbələ şəhərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC