İsveç milli komandasının futbolçusu Aleksandr İsak UEFA Millətlər Liqasının C1 qrupunun 6-cı turunda Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (6:0) şərh edib.
Presssport.az xəbər verir ki, təcrübəli hücumçu sayılmayan qoluna toxunub: “VAR qolu niyə ləğv etdi, bu necə mümkündür? Bu, gördüyüm ən pis qərardı. Təbii ki, qalib gəldiyimiz üçün şadam. Amma hesaba alınmalı olan qol vurdum. Bu isə məni əsəbiləşdirir”.
Onu da bildirək ki, İsak üçün matç uğursuz alınıb və o, 49-cu dəqiqədə yerinə yetirdiyi penaltini qola çevirə bilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC