Dieqo Maradonaya çatdılar

Argentina millisinin hücumçus Lautaro Martinez yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

Presssport.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində Peru millisi ilə oyunda (1:0) gerçəkləşdirib.

Matçın 55-ci dəqiqəsində baxımlı qolla hesabı açan Lautaro bununla da qollarının sayını 32-yə çatdırıb.

Onu da bildirək ki, hazırda Argentina millisində ən çox qol vuranların siyahısına kapitanı Lionel Messi (112) başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC