UEFA “Qarabağ”ı 26 min avro (46 min 345 manat) məbləğində cərimələyib.
Presssport.az xəbər verir ki, buna səbəb Ağdam klubun Niderlandın “Ayaks”a qarşı Bakıda keçirdiyi matçda baş verənlərdi.
Belə ki, qitə futbol qurumu Azərbaycan təmsilçisini 3 qırmızı və 5 sarı vərəqəyə görə 14 min avro cərimələyib. Bu da “komandanın düzgün olmayan davranışı”na görədi
Həmin matçda azarkeşlərin lazerdən istifadə eləməsi də “Qarabağ”a 12 min avroya başa gəlib.
Xatırladaq ki, “Qarabağ” – “Ayaks” (0:3) matçında Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıb, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC