Əsgərov ruslara 2 dəfə uduzan komandasından razıdı: "Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və..."

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssisin sözlərinə görə, Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi: "İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi. Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdı. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək”.

Xatırladaq ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə ruslar 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC