"Karvan" "cəza yağışı"na düşdü - Kənan Kərimova mətbuatda etdiyi hədə-qorxu baha başa gəldi

“Karvan”ın baş məşqçisi Kənan Kərimov 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Belə ki, Kərimov I Liqanın VIII turunun “Karvan” - “Qəbələ” görüşündən sonra mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Baş məşqçinin bu hərəkəti həmçinin klubun 400 manat cərimələnməsi ilə nəticələnib.

Baş məşqçinin köməkçisi Zaur Hacıyev də cəzalandırılıb. O, rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyunluq diskvalifikasiya olunub, həmçinin Yevlax təmsilçisi 400 manat ərimələnib.

“Karvan”ın futbolçuları Müşfiq və Bəhruz Teymurov qardaşları da ciddi cəzaya məruz qalıb. Belə ki, Müşfiq matç bitdikdən sonra hakimləri təhqir etdiyinə və aqressiv davrandığına görə 4 oyunluq cəzalandırılıb. Bəhruz da hakimləri təhqir etdiyi üçün 4 matçlıq diskvalifikasiyaya məruz qoyulub. Bununla yanaşı, AFFA hər futbolçuya görə klubu 300 manat cərimələyib.

“Karvan” azarkeşlərinə görə də cəriməyə məruz qalıb. Belə ki, meydançaya kənar əşya atıldığına görə, 80, kütləvi şəkildə təhqirammiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 50 manat cərimələnib.

Bununla yanaşı, Yevlax klubu meydançaya kənar şəxslər daxil olduğuna görə 80, diktor Əsasnamənin tələblərini pozduğuna görə, 50 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” 70 manat ziyana düşüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC