Azərbaycan Premyer Liqasında bu gün startı veriləcək XXII turu 6 futbolçu cəza üzündən buraxacaq.
Presssport.az xəbər verir ki, açılış matçında hərəyə 1 futbolçu kənarda qalacaq. Belə ki, “Qarabağ”ın kapitanı olan təcrübəli mərkəz müdafiəçisi Maksim Medvedev keçən turda aldığı qırmızı vərəqəyə görə “Sabah”la bugünkü ev matçında kənarda olacaq. Paytaxt təmsilçisində isə braziliyalı mərkəz yarımmüdafiəçisi Kristian da Silva vərəqə limitini aşdığına görə heyətdə olmayacaq.
Ən çox itki “Səbail”dədi. Belə ki, dənizçilər"in sol cinah müdafiəçisi Yusif Nəbiyevlə niderlandlı mərkəz yarımmüdafiəçisi Anas Najah 4-cü "sarı"nın cəzasını çəkir. Onlar “Kəpəz”lə Qəbələdəki görüşü buraxacaq.
“Turan Tovuz” - “Qəbələ” qarşılaşmasında da hərəyə 1 cəzlaı futbolçu var. Meydan sahiblərində bu, kapitan olan təcrübəli mərkəz müdafiəçisi Şəhriyar Əliyevdi. Qonaqlarda isə belçikalı mərkəz yarımmüdafiəçisi Əyyub Allaş aldığı qırmızı vərəqəyə görə 2 oyunluq cəzanın sonuncusunu çəkir.
“Sumqayıt” ispaniyalı Oktavio Monteka mərkəz yarımmüdafiəçisi vərəqə limitini aşdığına görə “Zirə”ylə səfər matçında iştirak etməyəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC