Rəşad Sadıqov futbolçular arasında fərq qoymur: "Bu period üçün olduqca vacib qələbə qazandıq"

"Zirə" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şamaxı"ni 3:1 hesabıyla məğlub edərək növbəti raunda yüksəlib.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında keçənilki kimi, yenə də onlara 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşdüyünü vurğulayıb: "Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək. Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi. 3-cü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı. Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq. "Şamaxı" xarakterli komandadı, sona qədər mübarizə apardı. Bu period üçün olduqca vacib qələbə qazandıq".

Sadıqov heyətdə rotasiyalar etmişdi. Maraqlıdı, bu, kuboka daha az önəm verməyi ilə bağlıdı?: "Son matçla müqayisədə əsas heyətdə 7 fərqli futbolçu var idi. Futbolçular arasında fərq qoymuram. Mənim üçün hər biri aparıcı oyunçudu. Bütün fikrimiz bugünkü matçda idi. Sabahdan artıq "Kəpəz"lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib səfərdir. Tovuz stadionunda oynamaq həmişə çətindi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC