“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.
2:0 hesabı ilə qalib gələn “dənizçilər”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.
Onu da bildirək ki, turnirdə debütü 2016/217 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC