“Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı”.
Presssport.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını deyib: “Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynaya bilməyəcəyimizi hiss edirdim. Heyətdə itkilər var. 7-8 gün ərzində əlimizdə olan kiçik heyətlə ardıcıl görüşlər keçirdik. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Kapitanımız Rəşid Abbasov da mental olaraq oyuna köklənə bilmədi. Belə gedişlə heç nə əldə edə bilməyəcəyik”.
Kondruseviç gələcək planlar haqda da danışıb: "Ümid edirəm ki, yanvarda heyətə yeni oyunçular cəlb olunacaq. 2 legioner basketbolçu transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularımız sıralara qayıdacaq. Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı".
Xatırladaq ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC