Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasına biganə qalmayıb qalmayıb.
Presssport.az xəbər verir ki, rusiyalı mütəxəssis bu haqda sosial şəbəkə hesablarında paylaşım edib.
61 yaşlı Çerçesov dəhşətli qəzada həyatını itirənlərə görə başsağlığı verib: “Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlərin yaxınlarına başsağlığı verirəm. Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.
Xatırladaq ki, son rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.
Hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-da Azərbaycan Respublikası ərazisində matəm elan olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC