Sabah futzal üzrə Azərbaycan Yüksək Liqasının VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Presssport.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyunlar bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.
Xatırladaq ki, son məlumatlara görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə yer alan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC