AFFA I Liqa klubuna texniki məğlubiyyət verib - "lipa" futbolçuya görə

AFFA I Liqa klubuna texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, dekabrın 24-ü I Liqada 11-ci turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində qonaq komandanın heyətində adı matçın protokolunda olmayan “10 nömrə”li futbolçu Tahir Zeynalov oyuna daxil olub.

Bu səbəbdən “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib və bundan əlavə, klub 400 manat cərimə edilib.

Xatırladaq ki, sözügedən matçda MOİK 1:0 hesablı qələbə qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC