İspaniyada legioner həyatı yaşayan gənc futbolçumuz U-21-dən dəvət gözləyir: "Burda sadəcə "Qarabağ"ı tanıyırlar, özümə gəlincə, gələndən hərtərəfli çox inkişaf etdiyimi düşünürəm"
Azərbaycanda kənarda çıxış edən futbolçularımızın sayı heç də çox deyil. Onlardan biri olan Bəhruz Qurbanlı başa çatmaqda olan 2024-cü ildən futbol həyatını İspaniyaya bağlayıb. Futbolun sirlərini “Qarabağ”ın və “Neftçi” Futbol Akademiyalarında öyrənmiş 19 yaşlı yarımmüdafiəçi ilə əlaqə saxladıq və Presssport.az-ın suallarını cavablandırdı.
- - Qısa futbolçu həyatına nəzər salaraq özünü tanıdardın…
- - 2005-ci ilin martın 6-da Bakıda anadan olmuşam. 1,80 sm boya malikəm. Yarımmüdafiənun həm cinahlarında, həm də oyun qurucusu mövqeyində çıxış edə bilirəm. Futbola 7-8 yaşımda başlamışam. İlk vaxt “Qarabag” seçimlərində iştirak etdim. Bu, uğurlu alındı və “Qarabag” Futbol Akademiyasına seçildim. 16 yaşıma qədər orda olmuşam. 16 yaşımda isə “Neftçi”yə keçdim. 2 il bu klubun formasını geyindim. Bundan sonra isə ölkə kənarına çıxdım. Hal-hazırda karyeramı İspaniyada davam elətdirirəm - “UD Montijo” klubunda.
- Futbola sevgin necə yarandı?
- Futbola sevgim çox futbolçu kimi uşaq vaxtından televizor qarşısında oyunlara baxmağdan, həyətdə futbol oynamaqdan yaranıb.
- - Azərbaycanda demək olar hər bir futbolçu "Neftçi"də oynamağı arzulayır. Sənə o formanı geyinmək nəsib oldu. Bunun davamı niyə gəlmədi?
- Legioner həyatı yaşamaq istədim. “Neftçi”dən çıxanda belə bir söz deyildi ki, nə zamansa Bakıya qayıtsam, ilk olaraq bu kluba təklif olunacam.
- İspaniyaya gedişin necə yarandı?
- 17 yaşımdan Əbülfəz Hacızadə (Elmejor) məşq edirəm və artıq həmin vaxt Avropaya çıxmaq fikrimiz var idi, Əbülfəz müəllim həm məşqçim həm menecerimdir. 18 yaşım olanda isə artıq menecerim Avropa ilə əlaqə qurdu və oyunlarım olan videolarıma baxdıqdan sonra məni bəyəndilər. 2024-cü ildə yanvarında “Montijo”nun üzvü idim. Amma lisenziya problemim olduğu üçün 2 ay oyunlarda iştirak edə bilmədim. Çünki İspaniyada oturumum yox idi.
- - Ordakı 5-ci liqada komandanın, meydançaların səviyyəsi, ümumiyyətlə, futbola şərait necədi? Bizi bu planda çoxmu qabaqlayırlar?
- Keçən sezon bir üst liqada çıxış etdim (Segunda Federación). Çox təəssüf k, çiynimdə zədə aldım və bu, o liqada qalmağımı əngəllədi. Həmin klub isə daha aşağı - 5-ci liqaya düşdü. Bu liqa (Tercera Federación) olmasına baxmayaraq, hər şey çox fərliqdi. Bura gələndən hərtərəfli çox inkişaf elədiyimi düşünürəm. Artıq 1 il olacağ ki, burdayam və buna şahidəm. Məşqlərdə və oyunlarda olan temp isə fərqlidi. Bizim klubun şəraiti bu liqaya görə çox yaxşıdı. 5-ci liqanın stadionlarının bəzilərində meydançanın örtüyü təbii otdu, bəziləri isə suni örtükdü. Bundan əlavə, burdakı insanların futbola marağı çoxdu. Hər oyun demək olar çoxlu sayda azarkeş olur.
- - Maraqlıdır, ispanlar Azərbaycan futbolu haqda nə bilirlər? Şəxsən sənə münasibətləri necədi?
- Açığı ispanların bizim futbol barədə bilgiləri çox azdı. Buna səbəb isə nəticələrin zəif olmasıdı. Sadəcə “Qarabağ”ı tanıyırlar. Hətta məşqçilərim məndən soruşurlar ki, Avropada oynayan azərbaycanlı oyunçulardan kim var. Mən də buna cavab verməkdə çətinlik çəkirəm. Mənə qarşı münasibətləri isə çox yaxşıdı.
- - Yeri gəlmişkən, dil məsələsini necə həll edirsən?
- - İngiliscə bilirəm, ispanca öyrənirəm. Özümü idarə edəcək səviyyədə bilirəm, məşqlərdə texniki terminləri, məişət sözlərini bilirəm. Komanda yoldaşlarım da ispanca danışıram. Bununla paralel olaraq bəzi komanda yoldaşlarımla ingiliscə ünsiyyət qururam ki, hansılar ispan dilini bilmir.
- - Yığmalarımızda oynamısanmı? Dəvət gözləyirsənmi və bir legioner kimi diqqətdən kənarda qalmağın sənə necə təsir edir?
- - İndiyənə kimi heç bir yaş qrupunda yığmamıza oynamamışam. Azərbaycan millisini hər zaman ürəyimdə daşıyıram və indiki məqamda dəvət gözləyirəm U-21 yığmamızdan.