Azərbaycanın futbol qurumları və klubları “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərin yaxınlığında qəzaya uğraması ilə əlaqədar paylaşımlar edib.
Presssport.az xəbər verir ki, AFFA-nın sosial media hesabındakı paylaşımında bildirilib:
"AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmiş insanların ailələrinə başsağlığı verir, yaralananlara isə şəfa diləyirik!"
Peşəkar Futbol Liqası da paylaşımlar edərək təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
Bundan başqa, Misli Premyer Liqasında mübarizə aparan klublar - "Qarabağ", "Araz Naxçıvan", "Turan Tovuz", "Zirə", "Sabah", "Sumqayıt", "Şamaxı", "Neftçi", "Kəpəz" və "Səbail" də sosial media hesablarından qəza ilə bağlı paylaşımlar edib.
Pressssport.az saytı da qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, yaralanmış şəxslərin tezliklə şəfa tapmasını arzulayır.
Son rəsmi məlumata görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC